BDU kitabxana-informasiya mövzusunda beynəlxalq elmi konfransda iştirak edib

03/04/2014

ADA Universitetində Kitabxana-informasiya sahəsində əldə edilmiş nəzəri və təcrübi nailiyyətlərin tətbiqi mövzusunda 1-ci beynəlxalq elmi konfrans keçirilib.

Konfransda ADA Universitetinin rektoru Hafiz Paşayev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Bakı Dövlət Universiteti, kitabxana sahəsində fəaliyyət göstərən mütəxəsislər və xarici qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan H.Paşayev kitabxana işinin vacibliyindən danışıb və deyib ki, bu universitet üçün kampus tikmək haqqında fikirləşərkən də ilk mərkəz nöqtəsi kitabxana oldu.

Sonra nazir Ə.Qarayev kitabxanaların mövcud durumuna dair çıxış edib.

Mətbuat və informasiya şöbəsi, 03 aprel 2014-ci il.

Xəbərlər

BDU-da “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycanın strateji tərəfdaşlıqları və regional sülh gündəliyi” mövzusunda dəyirmi masa

BDU-da “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycanın strateji tərəfdaşlıqları və regional sülh gündəliyi” mövzusunda dəyirmi masa
27/11/2026

BDU-da “Təhsilə doğru motivasiya” adlı təlim keçirilib

BDU-da “Təhsilə doğru motivasiya” adlı təlim keçirilib
27/11/2026

BDU-da təlim: ““LinkedIn” profilinin hazırlanması”

BDU-da təlim: ““LinkedIn” profilinin hazırlanması”
27/11/2026