450 BDU könüllüsü "Azərbaycan Könüllülük Həftəsi 2023"də iştirak edir

15/12/2023

Gənclər və İdman Nazirliyi, "ASAN xidmət" və Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Azərbaycan Könüllülük Həftəsi 2023" keçirilir.

Həftə ərzində “BDU könüllüləri” təşkilatının 450 üzvü təşkil edilən müxtəlif tədbirlərdə, ekskursiya və təlimlərdə iştirak edib.

"Azərbaycan Könüllülük Həftəsi 2023" zamanı 5 ekskursiya, 3 intellektual yarış, 6 tədbirə qatılan BDU könüllülərinə “Vətənpərvərlik”, “Təhsil və elm”, “İdman və sağlamlıq”, “Mədəniyyət”, “Mənəvi tərbiyə” kimi istiqamətlərdə yeni bilik və təcrübələr aşılanıb.

Dekabrın 13-də Bakı Konqres Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan və Azərbaycanda fəaliyyət göstərən 3 minə yaxın könüllünün qatıldığı “Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu”nda 290 nəfər BDU könüllüsü iştirak edib.

Könüllülük həftəsinin yekun tədbiri kimi 14-18 dekabr tarixlərində Quba şəhərində keçirilən 4 günlük Həmrəylik Düşərgəsində isə 4 BDU könüllüsü iştirak edir.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026