BDU könüllüləri ağacəkmə aksiyasında iştirak ediblər

27/04/2026

Bakı  Dövlət Universitetinin (BDU) könüllüləri Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş genişmiqyaslı ağacəkmə aksiyasında iştirak ediblər.

5 iyun – Ümumdünya Ətraf Mühit Günü münasibətilə Bakıda keçirilən tədbirlərə töhfə vermək məqsədilə Müşfiqabad qəsəbəsi ərazisində ağacəkmə aksiyası təşkil olunub.

Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi əməkdaşlarının, həmçinin Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv könüllülərin, məktəblilərin və ekokönüllülərin iştirakı ilə baş tutub.

Tədbirdə ümumilikdə 200-dən artıq iştirakçı yer alıb. Aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Qeyd edək ki, aksiyanın əsas məqsədi yaşıllıq sahələrinin genişləndirilməsini təşviq etmək, ətraf mühitin mühafizəsinə ictimai diqqəti artırmaq, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək və cəmiyyətdə ekoloji məsuliyyətin gücləndirilməsinə dəstək göstərməkdir.

Xəbərlər

BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq

BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq
14/09/2026

Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar

Özbəkistanın ISFT İnstitutunun tələbələri payız semestrində BDU-da təhsil alacaqlar
14/09/2026

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib

Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
14/09/2026