BDU könüllüləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər

29/03/2024

Bakı Dövlət Universitetinin (BDU) sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Universitetin ictimai həyatında fəal iştirak edən BDU könüllüləri ilə görüşüb.

Əliş Ağamirzəyev ölkəmizdə könüllülük hərəkatının ictimai həyatın müxtəlif sahələrində, cəmiyyətin bütün təbəqələrində ölkə gənclərinin əsas fəaliyyət istiqaməti kimi müəyyənləşdiyini deyib. O qeyd edib ki, ali məktəbin əsas vəzifəsi əmək bazarı üçün ixtisaslı kadrlar və cəmiyyətə layiqli vətəndaşlar hazırlamaqdır. Azərbaycanın ən qədim Universiteti olan BDU-da da gənclərin bu cür fəaliyyətlərdə aktiv iştirakı və hərtərəfli inkişaflarının təmin olunması əsas məqsəd kimi müəyyən edilib. BDU-da fəaliyyət göstərən gənclər təşkilatlarının üzvlərinin ictimai fəaliyyəti onların ölkəmizə yararlı vətəndaş kimi yetişmələrində böyük rol oynayır: “Universitetdə tələbələrin inkişafına istiqamətlənmiş gənclər təşkilatlarından biri də BDU-nun ictimai həyatının aparıcı qüvvəsi olan “BDU könüllüləri” təşkilatıdır. Təşkilat yarandığı gündən ölkəmizdə həyata keçirilən irimiqyaslı beynəlxalq və respublika əhəmiyyətli tədbirlərdə, sosial layihələrdə, humanitar aksiyalarda fəal iştirak edib, ölkədə uğurla həyata keçirilən gənclər siyasəti və könüllülük hərəkatına öz töhfələrini verib”.

“BDU könüllüləri” təşkilatının sədri Nərmin Heydərova 5 illik fəaliyyəti dövründə təşkilat üzvlərinin əldə etdiyi nailiyyətlərdən, qazandığı uğurlardan söz açıb.

Daha sonra BDU-nun ictimai həyatı, 2023/2024-cü tədris ilinin qış imtahan sessiyasının və Universitetin müxtəlif strukturlarında təcrübə işinin təşkilində fərqlənən könüllülər təltif ediliblər.

Xəbərlər

BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub

BDU Azıx mağarasında aparılan beynəlxalq arxeoloji tədqiqatlara qoşulub
27/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “GeoCamp” Tələbə yay düşərgəsi təlim və sessiyalarla davam edir
27/08/2026

“GeoCamp” Tələbə yay düşərgəsində gecə müşahidəsi və “Kvest” oyunu keçirilib

“GeoCamp” Tələbə yay düşərgəsində gecə müşahidəsi və “Kvest” oyunu keçirilib
27/08/2026