BDU könüllüləri Dirçəliş Günü ilə bağlı tədbir keçirib

18/11/2021

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində BDU Könüllülərinin təşkilatçılığı ilə  17 noyabr - Dirçəliş Günü münasibətilə "Dirçəliş Günü" adlı tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Filologiya fakültəsinin dekan vəzifəsini icra edən Cavanşir Muradov çıxış edərək  Milli Dirçəliş Gününün tarixinə nəzər salıb, əlamətdar günün əhəmiyyətindən danışıb. Daha sonra tədbirdə çıxış edənlər - Filologiya fakültəsinin I kurs tələbəsi Fatimə Şirinova,  III kurs tələbəsi Solmaz Sultanlı, I kurs tələbəsi Vüsal Nağıyev  Dirçəliş Gününün tarixindən danışıblar.

Sonda Filologiya fakültəsinin I kurs tələbəsi Nərgiz Rüstəmovanın hazırladığı videoçarx təqdim olunub.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026