BDU könüllüləri ilə görüş

26/09/2022

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Universitetin ictimai həyatında fəal iştirak edən könüllülərlə görüşüb.

Rektor ölkəmizdə son illər könüllülülk hərəkatının geniş vüsət aldığını, BDU könüllülərinin bu prosesdə fəal iştirak etdiklərini vurğulayıb.

Rektor qeyd edib ki, BDU könüllüləri “ASAN Xidmət”, “Regional İnkişaf” İctimai Birliyi, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq (IDEA)  İctimai Birliyi və digər təşkilatların könüllüləri ilə sıx əməkdaşlıq edir.

Rektor BDU-nun struktur bölmələrində və fakültələrində çalışan könüllü tələbələrin fəaliyyətini yüksək qiymətləndirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, gəncləri yeni təşəbbüslər irəli sürməyə çağırıb. Qeyd edib ki, BDU könüllülərinin bir hissəsi Universitetin inzibati şöbələrinə təhkim olunub və təcrübə əldə ediblər. Onlardan bəziləri artıq Universitetdə işlə təmin olunub. Bu, digər könüllülər üçün də stimuldur.

Qeyd edək ki, “BDU könüllüləri” qrupu 2020-ci ildə yaradılıb. Hazırda qrupun 730-dan artıq üzvü var.

Xəbərlər

BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib

BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib
04/11/2026

BDU-da Zəfər Gününə həsr olunmuş kitab sərgisi

BDU-da Zəfər Gününə həsr olunmuş kitab sərgisi
04/11/2026

BDU tələbələri Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının fəaliyyəti barədə məlumatlandırılıblar

BDU tələbələri Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının fəaliyyəti barədə məlumatlandırılıblar
04/11/2026