BDU könüllüləri ilə görüş

05/12/2025

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev 5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə “BDU könüllüləri” təşkilatının fəal üzvləri ilə görüşüb. Görüşdə bir zamanlar könüllü olan, hazırda isə BDU-nun əməkdaşı kimi fəaliyyət göstərən gənclər də iştirak ediblər.

Rektor könüllüləri əlamətdar gün münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Bildirib ki, BDU-nun ictimai-sosial və təlim-tədris prosesinin təşkilində yaxından iştirak edən könüllülərin fəaliyyəti Universitetin adının daha da yüksəlməsinə və inkişafına xidmət edir. Könüllülər BDU-nu müxtəlif istiqamətlərdə təmsil edərək, həm fərdi inkişaflarına, həm də Universitetin işinə əvəzsiz töhfə verirlər. BDU ailəsinin ayrılmaz parçasına çevrilən “BDU könüllüləri” təşkilatı 2000-dən çox üzvü öz ətrafında birləşdirir. 2019-cu ildən bəri təşkilatın 27 üzvü BDU-nun əməkdaşı kimi çalışmağa başlayıb.

Görüşün sonunda xüsusi fəallığı ilə seçilən BDU könüllülərinə təşəkkürnamələr təqdim olunub.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”
02/11/2026

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub
02/11/2026

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026