“BDU könüllüləri” Şirvanşahlar Saray Kompleksi muzey-qoruğunu ziyarət ediblər

24/12/2021

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin könüllüləri Şirvanşahlar Saray Kompleksi muzey-qoruğunu ziyarət ediblər. Ekskursiya zamanı tələbələrə Şirvanşahlar Sarayı Kompleksində muzey ekspozisiyasının hazırlanması prosesində abidənin tarixi, memarlıq xüsusiyyətləri, saray həyatı və burada yaşamış hökmdarlar haqqında elmi tədqiqatların aparılması və müvafiq məlumatlar toplanaraq sistemləşdirilməsi haqqında geniş məlumat verilib. Tələbələrə bildirilib ki, Şirvanşahlar sarayı - Şirvanşahların (Şirvan hakimlərinin) Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən köhnə iqamətgahıdır.Kompleksə daxil olan əsas bina - saray tikililər içərisində ən qədimidir. Kompleksə saraydan başqa Divanxana, Kеyqubаd məscidi, Seyid Yəhya Bakuvinin türbəsi, Murad darvazası (Şərq portalı), Saray məsсidi, türbə, hamam və ovdan (su anbarı) daxildir. Dövlət tərəfindən mühafizə olunan Şirvanşahlar sarayı - kompleksi 1964-cü ildən muzey-qoruq statusu alıb. Muzeyin eksponatları içərisində bəzək əşyaları, arxeoloji tapıntılar, saxsı qablar, müxtəlif rəsmlər, milli geyimlər və XVIII-XX əsrlərə aid olan çoxlu sayda məişət avadanlığı sərgilənir.

Şirvanşah saray kompleksinə ziyarət tələbələrdə xoş təəssürat yaradıb.

Xəbərlər

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
29/10/2026

BDU-nun professoru Adilə Abbasova vəfat edib

BDU-nun professoru Adilə Abbasova vəfat edib
29/10/2026

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir

BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
28/10/2026