“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

08/09/2026

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” komandası “Azərbaycan Uşaqları” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Gəl dost olaq – Çərpələng Festivalı”nda iştirak edib.

Festivalın təşkilində əsas məqsəd həssas qrupdan olan uşaqların sosial inteqrasiyasına dəstək göstərmək, onların asudə vaxtının səmərəli təşkilinə töhfə vermək, cəmiyyətdə dostluq, birlik və həmrəylik dəyərlərini təşviq etmək olub.

Festival çərçivəsində “BDU könüllüləri” tərəfindən Universitetin fəaliyyətini əks etdirən xüsusi stend qurulub. Uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif interaktiv fəaliyyətlər keçirilib, o cümlədən üzboyama təşkil olunub. Daha sonra festival iştirakçıları çərpələngləri səmaya qaldırıblar.

BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov səmaya ucalan çərpələnglərin uşaqlığın, azad düşüncənin və arzuların simvolu olduğunu bildirib. O, çərpələngin uçması üçün küləyin, insan arzularının gerçəkləşməsi üçün isə inam, bilik və dəstəyin vacibliyini vurğulayıb. Prorektor festival çərçivəsində müxtəlif sosial kateqoriyalardan olan uşaqların bir araya gəlməsinin inklüziv cəmiyyətin formalaşması baxımından əhəmiyyətini diqqətə çatdırıb.

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə çıxışında festivalın yüksək səviyyədə keçirilməsinə göstərilən hərtərəfli dəstəyə və fəal tərəfdaşlığa görə BDU rəhbərliyinə, universitetin nümayəndə heyətinə və “BDU könüllüləri” təşkilatına minnətdarlığını bildirib.

Festival çərçivəsində “BDU könüllüləri” təşkilatının nəzdində fəaliyyət göstərən “KönüllüBand” musiqi klubunun üzvü Rəşad Allahverdiyev müxtəlif musiqi nümunələri ilə çıxış edib.

Tədbirin sonunda BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə gecə müşahidəsi keçirilib. Müşahidə zamanı Ay və digər göy cisimləri xüsusi astronomik teleskoplar vasitəsilə izlənilib, iştirakçılara göy cisimlərinin quruluşu və hərəkəti haqqında məlumat verilib.

Xəbərlər

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026