BDU könüllüləri mini futbol üzrə “Zəfər” liqasının qalibi olub

19/12/2024

“BDU könüllüləri” təşkilatının üzvlərindən ibarət komanda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə Avropa Futbol Assosiasiyalarının İttifaqının (UEFA) “HatTrick” proqramı çərçivəsində keçirilən könüllü təşkilatlar arasında mini futbol üzrə “Zəfər” liqasının qalibi olub.

16 könüllü təşkilatın komandasının qatıldığı turnirin final turunda “Turizm könüllüləri” ilə “BDU könüllüləri” təşkilatlarının komandaları qarşılaşıb. Finalda rəqibinə 3:2 hesabı ilə üstün gələn “BDU könüllüləri” təşkilatının komandası liqanın qalibi olub.

Qalib komandalar AFFA tərəfindən kubok və medallarla təltif edilib.

Könüllülərimizi təbrik edir, uğurlar arzulayırıq!

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026