"BDU könüllüləri" təşkilatının komandası “Bakı Kvest 2025-İçərişəhər”də

24/09/2025

“BDU könüllüləri” təşkilatının üzvlərindən ibarət komanda Azərbaycan Gənclər Fondu və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə əməkdaşlığı, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası (NAYORA), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ), “Böyük Qayıdış” Gənclər Təşkilatı, “CAVAN” Gənclər Hərəkatı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP), “Gənc Könüllülər” İctimai Birliyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin tərəfdaşlığı ilə 20 sentyabr - Dövlət Suverenliyi Gününə həsr olunmuş “Bakı Kvest 2025-İçərişəhər” layihəsində iştirak edib.

36 komanda və 540 gəncin iştirak etdiyi çempionatda gənclər onlara verilən tarixi sualların cavablarını əraziyə uyğun olaraq müəyyən etməklə unikal marşrutu tamamlayıblar.

Nəticələrə görə "BDU könüllüləri" təşkilatının komandası III yerə layiq görülüb.

Xəbərlər

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat

BDU-da “QİÇS-lə mübarizə və ailə” mövzusunda təqdimat
15/10/2026

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya

“Gənc istedadlar” liseyinin XI sinif şagirdləri üçün BDU-da infosessiya
15/10/2026

BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”

BDU-da təlim: “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər”
15/10/2026