“BDU könüllüləri” təşkilatının sədri Nərmin Heydərova “İlin gənci” seçilib

03/02/2025

Fevralın 2-də Gənclər və İdman Nazirliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sumqayıt - Gənclər Paytaxtı 2025”in açılış mərasimi keçirilib. Mərasimdə Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının sədri Nərmin Heydərova “İlin gənci” mükafatına layiq görülüb.

Nərmin Heydərova həmçinin Bakı şəhər Gənclər və İdman İdarəsi tərəfindən də dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi fəallığa görə Fəxri Fərmanla təltif edilib.

Təşkilatın sədri Nərmin Heydərovanı təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!

Qeyd edək ki, 5 ildir fəaliyyət göstərən “BDU könüllüləri” təşkilatı ətrafında birləşdirdiyi 1500 üzvü ilə Universitet, həm də ölkənin sosial-ictimai və mədəni həyatında xüsusi fəallığı ilə seçilir.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026