BDU könüllüləri təltif olunublar

06/12/2024

Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, “ASAN xidmət” və IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə "Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu” çərçivəsində “BDU könüllüləri” təşkilatının sədr müavini İsmayıl Zeynalov “Dövlət qurumlarında könüllülük” nominasiyası üzrə “İlin könüllüsü” ünvanına layiq görülüb.

2024-cü il ərzində könüllü fəaliyyəti sahəsində xüsusi fərqləndiyi üçün "BDU könüllüləri" təşkilatının sədr müavini Rüstəm Əliyev və təşkilatın klublarla iş üzrə meneceri Mirhüseyn Tağıyev isə diplomla təltif olunub.

Könüllülərimizi təbrik edir, könüllülük fəaliyyətində uğurlar arzulayırıq!




Xəbərlər

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub
17/09/2026

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub
17/09/2026

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026