BDU könüllüləri Mülki Məhkəmə Simulyasiyası keçiriblər

20/10/2025

“BDU könüllüləri” təşkilatının Hüquq fakültəsi üzrə üzvlərinin və Mülki proses və kommersiya hüququ kafedrasının birgə təşkilatçılığı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində Mülki Məhkəmə Simulyasiyasının birinci mərhələsi keçirilib.

Simulyasiya çərçivəsində iştirakçılar birinci instansiya məhkəmə iclasının gedişatı, tərəflərin prosessual mövqelərinin təqdim edilməsi, dəlillərin tədqiqi və qərarvermə mexanizmi barədə praktiki biliklər əldə ediblər.

Mülki proses və kommersiya hüququ kafedrasının nümayəndələri çıxış edərək, məhkəmə proseslərinin real təcrübəyə əsasən öyrənilməsinin hüquq təhsilində rolu və əhəmiyyəti haqqında məlumat veriblər.

Simulyasiyada 40-dan çox tələbə izləyici qismində iştirak edib. Təşkilatçılar tərəfindən izləyicilər üçün ayrıca müsabiqə elan olunub. Müsabiqə çərçivəsində birinci və ya apellyasiya mərhələsini izləyən tələbələrə suallar ünvanlanacaq, cavablar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və ilk üç yerin qalibi sertifikat və hədiyyə ilə mükafatlandırılacaq.

Xəbərlər

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa

BDU-da Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş dəyirmi masa
07/10/2026

Bakı Dövlət Universitetində “Clarivate Günləri”

Bakı Dövlət Universitetində “Clarivate Günləri”
07/10/2026

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək

BDU əməkdaşları üçün “Rəqəmsal bacarıqlar və müasir rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçiriləcək
07/10/2026