BDU könüllüləri "Yaşıl səyahət" ekoloji maarifləndirmə turunda

21/11/2024

BDU könüllüləri təşkilatının bir qrup üzvü Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilən "Yaşıl səyahət" ekoloji maarifləndirmə turunda iştirak edib.

BDU könüllüləri tur çərçivəsində Azərbaycanın bərpa olunan enerji sahəsində öz əhəmiyyəti ilə seçilən, Xəzər regionu və MDB məkanında ən böyük Günəş Elektrik Stansiyası (GES) olan "Qaradağ" GES-də olublar. Səfər zamanı könüllülərə xüsusi təhlükəsizlik qaydaları haqqında məlumat verilib. Daha sonra könüllülər "Qaradağ" GES-in fəaliyyəti, texniki xüsusiyyətləri və istehsal gücü haqqında ətraflı məlumat əldə ediblər. Stansiyanın mütəxəssisləri tərəfindən keçirilən təqdimatda günəş panellərinin texnoloji xüsusiyyətləri, enerji istehsalı prosesləri və ekoloji təsirlərin azaldılması ilə bağlı maraqlı məqamlar vurğulanıb.

Qeyd edək ki, layihənin məqsədi könüllülərin ekoloji biliklərin artırılması, təbiətin mühafizəsi barədə məlumatlılığın yüksəldilməsi, ekoloji dəyərlərin və ekoloji təmiz həyat tərzinin təbliğidir.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026