BDU könüllüləri Zəfər muzeyini ziyarət ediblər

09/11/2025

"BDU könüllüləri” təşkilatının üzvləri Azərbaycanın Qələbə tarixini əks etdirən Zəfər muzeyini ziyarət ediblər.

Könüllülər muzeyin müxtəlif ekspozisiyaları ilə yaxından tanış olub, 44 günlük Vətən müharibəsinin gedişini, ön və arxa cəbhələrdə göstərilən qəhrəmanlıqları əks etdirən eksponatlarla tanış olublar.

Muzeydə könüllülər LED monitorlarda süni intellektlə hazırlanmış videomateriallar vasitəsilə 44 günlük döyüşlərin gedişatı, döyüş əməliyyatları, hərbi nailiyyətlər və Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı törətdiyi hücumlarla bağlı faktlarla tanış olublar.

Bundan əlavə, muzeydə təqdim edilən sənədli materiallar, foto və videoarxivlər, interaktiv nümayişlər, xüsusi olaraq bu muzey üçün hazırlanmış eksponatlar və maketlər münaqişə haqqında həqiqətləri, 44 günlük Vətən müharibəsinin gedişini və şanlı Zəfər nəticəsində Azərbaycanın dövlət suverenliyinin bərpa olunmasını ətraflı şəkildə əks etdirib.

Xəbərlər

BDU-da “Strateji menecment” ixtisaslaşması açılır

BDU-da “Strateji menecment” ixtisaslaşması açılır  
13/07/2026

BDU-nun müəllimi “Fulbright” Proqramı çərçivəsində ABŞ-nin Nyu-York Universitetində tədqiqatlar aparacaq

BDU-nun müəllimi “Fulbright” Proqramı çərçivəsində ABŞ-nin Nyu-York Universitetində tədqiqatlar aparacaq
13/07/2026

BDU “Neft-qaz mədən geofizikası” ixtisaslaşması üzrə kadrlar hazırlayacaq

BDU “Neft-qaz mədən geofizikası” ixtisaslaşması üzrə kadrlar hazırlayacaq
10/07/2026