BDU könüllülərinə təşəkkürnamələr təqdim olunub

27/10/2021

Bakı Dövlət Universitetində (BDU) fəaliyyət göstərən “BDU Könüllüləri”nə Universitetin ictimai həyatında fəal iştiraklarına, müxtəlif şöbə və strukturlarda səmərəli fəaliyyətlərinə görə təşəkkürnamələr təqdim edilib.

“BDU Könüllüləri“nin sıralarında bakalavr və magistratura səviyyələrində təhsili alan tələbələr ötən ildən başlayaraq fakültələrdə, kafedralarda, şöbələrdə və digər strukturlarda könüllü kimi uğurla fəaliyyət göstərir, Universitetin ictimai həyatında yaxından iştirak edirlər.

Qeyd edək ki, "BDU könüllüləri” qrupu 2020-ci ildə yaradılıb. Az bir müddətdə qrup öz sıralarında 500-dən artıq fəal tələbəni birləşdirib. Hazırda 45 nəfər tələbə Universitetin struktur bölmələrinin və fakültələrin fəaliyyətinə könüllü kimi cəlb olunub.

Könüllüləri təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

 

Xəbərlər

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026

BDU-da “İdman diplomatiyası və strateji kommunikasiya” mövzusunda təlim

BDU-da “İdman diplomatiyası və strateji kommunikasiya” mövzusunda təlim
11/11/2026