“BDU könüllüləri”nin komandası intellektual oyunun qalibi olub

03/02/2025

Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının komandası Heydər Əliyev Mərkəzində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı, “Azərlotereya” ASC-nin dəstəyi ilə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə gənclər arasında keçirilən “Gənc Vətənpərvərlər: Konstitusiya və Suverenlik - Nə? Harada? Nə zaman?” intellektual oyununun qalibi olub.

Tədbirdə çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi İlkin Muradov və “Azərlotereya” ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə departament rəhbəri Seymur Teymurov gənclərin hərtərəfli inkişafının dövlətin gənclər siyasətinin başlıca məqsəd və amalı olduğunu, “Konstitusiya və Suverenlik” ili ilə əlaqədar gənclər arasında keçirilən intellektual oyunun onların ölkəmizin çoxəsrlik tarixi, mədəniyyəti, tarixi hadisələri, dövlət müstəqiliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğunda keçdiyi tarixi yolu barədə biliklərinin artmasında əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıblar.

Rəsmi hissədən sonra “Xəzər” İntellektual Gənclər Klubunun peşəkər komandasının təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” oyununa start verilib. Üç turdan ibarət yarışda hər birində 6 nəfər olmaqla ümumilikdə 25 komanda iştirak edib. Münsiflər heyətinin qərarına əsasən, “BDU könüllüləri”nin  “Zəngəzur” komandası I yerə layiq görülüb.

Sonda qalib komandalar müxtəlif mükafat və sertifikatlarla təltif olunublar.

 

Xəbərlər

Qubada Yay düşərgəsinin iştirakçıları üçün "Tarixin müəmmaları" adlı təlim

Qubada Yay düşərgəsinin iştirakçıları üçün "Tarixin müəmmaları" adlı təlim
31/07/2025

BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin 11 məzunu dünyanın nüfuzlu universitetlərinin magistraturasına qəbul olub

BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin 11 məzunu dünyanın nüfuzlu universitetlərinin magistraturasına qəbul olub
30/07/2025

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur

BDU DİM-in təşkilatçılığı ilə ali təhsil müəssisələrinin sərgisində təmsil olunur
30/07/2025