"BDU könüllüləri"nin təşkilatçılığı ilə gələcək hüquqşünaslar üçün təlimlər

24/09/2024

"BDU könüllüləri" təşkilatının Hüquq fakültəsi üzrə üzvlərinin təşkilatçılığı ilə tələbələr üçün silsilə təlimlər keçirilir.

2024-cü ilin mart ayından start götürən təlimlər mülki hüquq, mülki proses, ailə hüququ, əmək hüququ, beynəlxalq hüquq, inzibati hüquq, sosial təminat hüququ, insan hüquqları kimi fərqli hüquq sahələrini əhatə edir. İndiyədək təlimlərdə 850-dən artıq tələbə iştirak edib.

Təlimlər Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov, Yasamal rayon məhkəməsinin hakimi Fariz Əlizadə, Vəkillər Kollegiyasının üzvləri Seymur Hüseynov, Nuranə Məmmədova, Tanrıqulu Vəliyev, Azərbaycan Metrologiya İnstitutunun hüquqşünası Türkan Kərimova, “Unibank”ın hüquqşünası Əlixan Qarayev, BDU-nun IV kurs tələbəsi İsmət Bayramov tərəfindən keçirilib.

Ümumilikdə əyani və onlayn qaydada 20-dən artıq təlim keçirilib. 17 təlimin videoyazısı internet platformalarda yerləşdirilib. Təlimlər barədə məlumatların paylaşıldığı, tələbələrin suallarını cavablandırmaq və gündəlik plenum qərarlarının izahı üçün yaradılmış sosial şəbəkə hesabları 1400-dən artıq tələbə və hüquqşünası əhatə edir. Qeyd edək ki, təlimlər hər həftə davam edir.

İndiyədək ümumilikdə 35 saatdan artıq təlim keçirilib, onlayn platformada yerləşdirilən məqalə, plenum qərarı və kitab sayı 500-dən artıqdır. 400-dən artıq sual cavablandırlıb.

Xəbərlər

BDU-da Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin nümayəndə heyəti ilə görüş

BDU-da Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin nümayəndə heyəti ilə görüş
30/01/2026

BDU-da “WUF modeli” simulyasiya konfransı keçirilib

BDU-da “WUF modeli” simulyasiya konfransı keçirilib
29/01/2026

BDU-da “workshop”: “CV-dən kənarda qalan bacarıqlar”

BDU-da “workshop”: “CV-dən kənarda qalan bacarıqlar”
29/01/2026