“BDU Könüllüləri”nin təşkilatçılığı ilə Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş tədbir keçirilib

02/11/2021

“BDU könüllüləri”nin Ekologiya və torpaqşünaslıq fakültəsindən olan üzvlərinin təşkilatçılığı ilə məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinə  həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən Ekologiya və torpaqşünaslıq fakültəsinin dekan müavini Fətəli Hüseynov, “BDU Könüllüləri”nin fakültə üzrə sədri Leyla İmaməliyeva görkəmli xeyiriyyəçinin həyatından, uşaqlıq illərindən, şərəfli ömür yolundan, vətən və xalq naminə gördüyü xeyriyyəçilik fəaliyyətindən bəhs ediblər. Çıxışlarda bildirilib ki, H.Z.Tağıyev Azərbaycan xalqının rifahının yüksəlməsi, maariflənməsi üçün əlindən gələni əsirgəməmiş, ölkəmizdə təhsil və mədəniyyət ocaqlarının açılmasına, Azərbaycan tələbələrinin xaricdə təhsil almasına böyük vəsait ayırmış, səy göstərmişdir.

Daha sonra tələbələr - Hatəm Həzizadə, Gülər Quluzadə, Ömər Hümbətzadə, Rühsarə Namazlı çıxış edərək Azərbaycan xalqının tarixinə milli kadrların hazırlanmasına böyük təsiri olan bir xeyriyyəçi və milyonçu kimi daxil olan Tağıyevin gördüyü işlərin bu gün də təhsilin, mədəniyyətin, incəsənətin inkişaf etdirilməsində rol oynadığını vurğulayıbılar.

Xəbərlər

Bakı Dövlət Universiteti WUF13 çərçivəsində keçirilən “Urban Expo” sərgisində təmsil olunur

Bakı Dövlət Universiteti WUF13 çərçivəsində keçirilən “Urban Expo” sərgisində təmsil olunur
18/05/2026

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-da

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-da
18/05/2026

BDU-da “ASAN müraciət” informasiya sistemi barədə infosessiya

BDU-da “ASAN müraciət” informasiya sistemi barədə infosessiya
18/05/2026