BDU könüllülərinin təşkilatçılığı ilə keçirilən Mülki Məhkəmə Simulyasiyası başa çatıb

04/11/2025

“BDU könüllüləri” təşkilatının Hüquq fakültəsi üzrə üzvləri, Mülki proses və kommersiya hüququ kafedrasının birgə təşkilatçılığı ilə keçirilən silsilə Mülki Məhkəmə Simulyasiyası başa çatıb.

BDU-nun Mülki proses və kommersiya hüququ kafedrasının müdiri Əsmər Əliyeva belə formatda ilk dəfə keçirilən Məhkəmə Simulyasiyasının uğurla yekunlaşması ilə bağlı iştirakçıları təbrik edib. Bu cür təşəbbüslərin hüququn tədrisindəki əhəmiyyətindən, tələbələrin inkişafındakı rolundan söz açıb və Mülki Məhkəmə Simulyasiyasının həyata keçirilməsində göstərilən dəstəyə görə Məhkəmə-Hüquq Şurası və Ali Məhkəməyə təşəkkürünü bildirib.

“BDU könüllüləri” təşkilatının Hüquq fakültəsi üzrə sədri Ələm Nəbizadə simulyasiya çərçivəsində təşkil olunan müsabiqənin qaliblərini elan edib. Tədbirin davamında tələbələr mülki məhkəmə işi üzrə səhnələşdirilən məhkəmə icraatını canlandırıb.

Sonda Mülki Məhkəmə Simulyasiyasında qurulan məhkəmə işi üzrə kassasiya instansiya məhkəməsində sədr və məruzəçi hakim olmuş Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi İspəndiyar Şəfiyev tələbələr üçün “Vahid məhkəmə təcrübəsi” mövzusunda seminar keçirib və onların suallarını cavablandırıb.

Qeyd edək ki, BDU-nun Hüquq fakültəsinin Mülki Məhkəmə Simulyasiyası Ali Məhkəmənin məhkəmə təcrübəsini müəyyən edən Qərarı üzərində qurulub. Üç mərhələdə (birinci, apellyasiya və kassasiya) təşkil edilən simulyasiyanın birinci instansiya mərhələsi oktyabrın 18-də Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində, apellyasiya mərhələsi isə oktyabrın 25-də Bakı Apellyasiya Məhkəməsində keçirilib.

Xəbərlər

BDU-da Beynəlxalq Əlillər Gününə həsr olunmuş maarifləndirici tədbir

BDU-da Beynəlxalq Əlillər Gününə həsr olunmuş maarifləndirici tədbir
04/12/2025

BDU-da akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş intellektual yarış 

BDU-da akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş intellektual yarış
04/12/2025

BDU ilə Özbəkistanın Buxara Dövlət Tibb İnstitutu arasında əməkdaşlıq daha da genişlənir

BDU ilə Özbəkistanın Buxara Dövlət Tibb İnstitutu arasında əməkdaşlıq daha da genişlənir
04/12/2025