“BDU könülləri” cari tədris ilində bir çox layihələrdə fəal iştirak edib

29/07/2021

2019-cu ildə yaradılan “BDU könüllüləri” qrupu fəaliyyətə başladığı ilk gündən etibarən aktiv fəaliyyət göstərməyə davam edir. Universitetin ictimai həyatında fəal iştirak edən qrupun hazırda 500-dən çox üzvü var. Onlardan 46 könüllü hazırda Universitetin müvafiq şöbə və fakültələrində könüllü kimi aktiv fəaliyyət göstərir. Könüllülər tədbirlərin təşkilində, müsabiqələrin keçirilməsində, mətbuat sahəsində uğurla iştirak edirlər.

Cari tədris ilində də “BDU könülləri” uğurlu fəaliyyətləri ilə seçildilər. Onlar 18 May - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar tələbələrin Universitetin muzeylərinə səfərlərini təşkil ediblər. Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) sədri Tural Hümbətov, “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova, AKTİ sədr müavini və DOST Agentliyinin Könüllülərlə iş şöbəsinin müdiri Ruslan Mirzəliyevin iştirakı ilə "Uğurlu karyera könüllülükdən keçir" adlı silsilə onlayn tədbirlər keçiriblər. “Microsoft Teams” platforması üzərindən xaricdə könüllü olmaq, təcrübə proqramları, AİSEC haqqında seminarlar təşkil ediblər. “BDU könüllüləri” həmçinin BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin qəbul imtahanında və bir çox tədbirlərdə fəal iştirak edib.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026