“BDU könüllüləri” təşkilatının Hüquq fakültəsinin tələbələri üçün silsilə təlim proqramı başa çatıb

09/01/2025

“BDU könüllüləri” təşkilatının və Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının birgə təşkilatçılığı ilə ötən ilin mart ayından başlanılan silsilə təlim proqramı uğurla tamamlanıb.

Təlim tələbələrin nəzəri bilikləri ilə yanaşı, praktik bacarıqlarını artırmaq məqsədilə təşkil edilib. 35-dən artıq mövzunu əhatə edən, ümumilikdə 55 saatlıq təlim proqramında 1400-dən çox tələbə iştirak edib.

Təlimlərin nəticələrinin daha geniş auditoriyaya çatdırılması məqsədilə sosial media profilləri yaradılıb və bu hesablar vasitəsilə təlim materialları, sual-cavab sessiyaları təşkil edilib. 2000-dən artıq tələbə və hüquqşünasın toplaşdığı həmin sosial media platformalarında 600-dən artıq material (məqalə, plenum qərarı, kitab) paylaşılıb, müxtəlif mövzulardan 500-dən çox sual cavablandırılıb.

Xəbərlər

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026