BDU kollektivi akademik Rəfiqə Əliyevanın məzarını ziyarət edib

20/09/2019

Tanınmış kimyaçı alim, Əməkdar elm xadimi, uzun illər Bakı Dövlət Universitetinin “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasına rəhbərlik etmiş akademik Rəfiqə Əliyevanın doğum günü münasibətilə universitet kollektivi Fəxri xiyabana gələrək onun xatirəsini yad edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüblər.

Azərbaycanın kimya elmində özünəməxsus iz qoymuş Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonuna qədər Bakı Dövlət Universitetinin Analitik kimya kafedrasında işləyib. 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olmuş akademik ömrünün böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edib.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026