BDU kollektivi Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib

27/09/2022

Bakı Dövlət Universitetinin (BDU) kollektivi 27 sentyabr – Anım Günü münasibətilə Fəxri xiyabanı, Şəhidlər xiyabanını və II Fəxri xiyabanı ziyarət edib.

BDU kollektivi Ulu öndər Heydər Əliyevin, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla anaraq, məzarları üzərinə əklil və gül dəstələri qoyublar.

BDU-nun 2 saylı tədris binasının qarşısında şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə də gül dəstələri düzülüb, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Vətən müharibəsində BDU-nun 19 məzunu şəhid olub. Saat 12.00-da bütün ölkə ərazisində olduğu kimi, BDU-da da 1 dəqiqəlik sükut elan edilib.

Şəhidlik zirvəsinə ucalmış qəhrəman igidlərimizin əziz xatirəsi xalqımızın və BDU kollektivinin qəlbində əbədi yaşayacaq!

Xəbərlər

BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib

BDU-da “Dəyişən xəritə, yazılan tarix” adlı tədbir keçirilib
04/11/2026

BDU-da Zəfər Gününə həsr olunmuş kitab sərgisi

BDU-da Zəfər Gününə həsr olunmuş kitab sərgisi
04/11/2026

BDU tələbələri Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının fəaliyyəti barədə məlumatlandırılıblar

BDU tələbələri Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının fəaliyyəti barədə məlumatlandırılıblar
04/11/2026