BDU kollektivi professor Şirməmməd Hüseynovun məzarını ziyarət edib

02/08/2019

Avqustun 2-də görkəmli alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynovun vəfatının 40-cı günüdür. 

Bakı Dövlət Universitetinin kollektivi II Fəxri Xiyabanda professor Şirməmməd Hüseynovun xatirəsini ehtiramla anıblar.

Şirməmməd Hüseynov 1924-cü il dekabrın 17-də Şəki şəhərində anadan olub. 1954-cü ildən Bakı Dövlət Universiteti Filologiya fakültəsinin Jurnalistika kafedrasında elmi-pedaqoji fəaliyyətə başlayan Ş.Hüseynov ömrünün sonunadək bu ali təhsil ocağında baş müəllim, dosent, 1962–1969-cu illərdə Filologiya fakültəsinin dekan müavini, 1970–1976-cı illərdə Jurnalistika fakültəsinin dekanı, 1976–1988-ci illərdə Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının müdiri olub, 1988-ci ildən isə həmin kafedranın professoru vəzifəsində çalışıb.

Şirməmməd Hüseynov Azərbaycan klassik jurnalistikasının görkəmli simaları Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Əhməd Ağaoğlu, Cəlil Məmmədquluzadə irsini hərtərəfli araşdıraraq yetişməkdə olan nəslə çatdırılmasında təqdirəlayiq xidmətlər göstərib.


Allah rəhmət eləsin!

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026