BDU kollektivi şəhid Vüqar Məmmədovun ailəsini ziyarət edib

23/06/2021

Bakı Dövlət Universiteti (BDU) Vətən Müharibəsi dövründə şəhid olan tələbə və məzunlarının xatirəsini daim əziz tutur, şəhid ailələri və qazilərlə vaxtaşırı görüşlər keçirir.  2021-ci il    21 may tarixində BDU-nun bir qrup əməkdaşı Vətən Müharibəsi şəhidi, İlahiyyat fakültəsinin məzunu Vüqar İlqar oğlu Məmmədovun ailəsini ziyarət edib. BDU və Missiya TV internet televiziyasının “Bakı Dövlət Universitetinin tarix yazan qəhrəman şəhid məzunları” layihəsi çərçivəsində keçirilən ziyarətdə BDU-nun Şərqşünaslıq fakültəsinin dekan müavinləri Nigar İsmayılzadə, Şahin Yusifli, fakültənin müəllimi Dəmir Süleymanov və BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvü Mirməhəmməd Hüseynov iştirak ediblər.

Görüşdə çıxış edənlər Vüqar Məmmədovun Vətən torpağı uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildiriblər. Təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən Vüqar Məmmədov həm müəllimlərinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağı, gələcək nəsillər üçün örnək olacağı qeyd olunub. Şəhid Vüqar Məmmədovun anası Əsmər Məmmədova diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib və məhz dövlətimizin başçısının apardığı uğurlu siyasətin, ordu quruculuğunun və islahatların nəticəsində torpaqlarımızın düşmən tapdağından azad edildiyini vurğulayıb. Bu savaşda Vətən torpağı uğrunda rəşadətlə döyüşərək şəhid olan əsgər anası kimi fəxr etdiyini deyib.

Qeyd edək ki, Vüqar Məmmədov 2011-2015-ci illərdə BDU-nun İlahiyyat fakültəsində təhsil alıb. 2016-cı ildə Aprel döyüşlərində iştirak edən Vüqar Məmmədov 2020-ci ildə könüllü olaraq ordu sıralarına qoşulub və  9 oktyabr tarixində Füzuli şəhər mərkəzinin azad edilməsi uğrunda gedən şiddətli döyüşlər zamanı düşmən snayperinin açdığı atəş nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”

BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”
05/06/2026

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda uğur qazanıblar

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda uğur qazanıblar
05/06/2026

BDU-da “Kriminalistik genetika və STR analizi” mövzusunda elmi seminar

BDU-da “Kriminalistik genetika və STR analizi” mövzusunda elmi seminar
05/06/2026