BDU kollektivi Mir Cəlal Paşayevin xatirəsini anıb

26/04/2019

Görkəmli alim, yazıçı və pedaqoq, XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında xüsusi xidmətlər göstərmiş Mir Cəlal Paşayevin doğum günü münasibətilə Bakı Dövlət Universitetinin kollektivi II Fəxri Xiyabanda onun xatirəsini anıblar.

Rektor Elçin Babayev görkəmli yazıçının əsərlərinin bir neçə nəslin tərbiyəsində, maariflənməsində və Azərbaycanın fikir tarixində mühüm rol oynadığını bildirib. Mir Cəlalın “Mənim ən böyük sərvətim mənim ailəmdir” fikrini xatırladan rektor bu ailənin təhsildə və elmdə iki zirvəli dağ yaratdığını qeyd edib.

Mir Cəlalın yetirməsi, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, Təhsin Mütəllimovədibin zəhmətkeşliyindən müəllimlik fədakarlığından, tələbələrinə böyük inamı və dəstəyindən danışıb.

Xalq Şairi Nəriman Həsənzadə Mir Cəlal haqqında yazdığı yeni şeiri səsləndirib.

 

Mətbuat və informasiya şöbəsi, 26 aprel 2019-cu il.

KİV-də yayımlananlar

Xəbərlər

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub
18/11/2026

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub
18/11/2026

“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub

“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub
18/11/2026