BDU kollektivi Zəfər muzeyini ziyarət edib

10/11/2025

Bakı Dövlət Universitetinin (BDU) kollektivi Azərbaycanın Qələbə tarixini əks etdirən Zəfər muzeyini ziyarət edib.

Ziyarətçilər muzeyin müxtəlif ekspozisiyaları ilə yaxından tanış olub, 44 günlük Vətən müharibəsinin gedişini, ön və arxa cəbhələrdə göstərilən qəhrəmanlıqları əks etdirən eksponatlarla tanış olublar.

Muzeydə ziyarətçilər LED monitorlarda süni intellektlə hazırlanmış videomateriallar vasitəsilə 44 günlük döyüşlərin gedişatı, döyüş əməliyyatları, hərbi nailiyyətlər və Ermənistan silahlı qüvvələrinin mülki əhaliyə qarşı törətdiyi hücumlarla bağlı faktlarla tanış olublar.

Bundan əlavə, muzeydə təqdim edilən sənədli materiallar, foto və videoarxivlər, interaktiv nümayişlər, xüsusi olaraq bu muzey üçün hazırlanmış eksponatlar və maketlər münaqişə haqqında həqiqətləri, 44 günlük Vətən müharibəsinin gedişini və şanlı Zəfər nəticəsində Azərbaycanın dövlət suverenliyinin bərpa olunmasını ətraflı şəkildə əks etdirib.

Xəbərlər

Bu gün görkəmli alim, akademik Rəfiqə Əliyevanın anım günüdür

Bu gün görkəmli alim, akademik Rəfiqə Əliyevanın anım günüdür
06/05/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin RFO-da tarixi uğuru: 3 qızıl, 4 gümüş, 4 bürünc medal

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin RFO-da tarixi uğuru: 3 qızıl, 4 gümüş, 4 bürünc medal
06/05/2026

BDU tələbələri “Azerbaijan International Mining Company Limited” şirkətində istehsalat təcrübəsində

BDU tələbələri “Azerbaijan International Mining Company Limited” şirkətində istehsalat təcrübəsində
06/05/2026