BDU komandası “Beynəlxalq Proqramlaşdırma Düşərgəsi”ndə iştirak edir

21/07/2025

Bakı Dövlət Universitetinin tələbələrdən ibarət “Baku SU” komandası 17–24 iyul 2025-ci il tarixlərində keçirilən və görkəmli alim Ramin Mahmudzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Beynəlxalq Proqramlaşdırma Düşərgəsi”ndə iştirak edir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Azərbaycan icması, ADA Universiteti, Azərbaycan Texniki Universitetinin Təhsildə İnformasiya Texnologiyaları və Metodik Dəstək İnstitutu və “TechArena” platformasının birgə təşkilatçılığı ilə keçirilən düşərgə 2025–2026-cı illər üzrə ICPC-in dörddə bir və yarımfinal mərhələlərinə hazırlıq məqsədi daşıyır.

Düşərgədə Azərbaycan, Belarus və Gürcüstandan olan ali təhsil müəssisələrinin komandaları iştirak edir. Ümumilikdə 14 universiteti təmsil edən 16 komanda arasında Bakı Dövlət Universitetinin “Baku SU” komandası da yer alır. Komandanın tərkibinə tələbələr Nihat Qəribli, Emil Hüseynov, Mirağa Əliyev və komanda rəhbəri (kouç) İsmayıl Zeynalov daxildir.

Düşərgənin əsas məqsədi regionun aparıcı universitetlərindən olan istedadlı tələbələrin proqramlaşdırma sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi, təcrübə mübadiləsinin təşviqi və ICPC müsabiqələrinə sistemli hazırlıq imkanlarının yaradılmasıdır.

BDU komandası bu nüfuzlu düşərgədə fəal iştirakı ilə Universitetin ali texniki təhsil və rəqəmsal inkişaf sahəsində regional və beynəlxalq əməkdaşlıqlara verdiyi əhəmiyyəti bir daha nümayiş etdirir.

Xəbərlər

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026

BDU-da Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı

BDU-da Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı  
18/09/2026

BDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilib

BDU-da Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilib
18/09/2026