BDU komandası Enactus Azərbaycan Milli Yarışmasında III yeri qazanıb

16/08/2024

Avqustun 16-da Enactus Azərbaycan Milli Yarışmasının final mərhələsi keçirilib. Bakı Dövlət Universitetinin Enactus komandası yarışda “AgroX" layihəsi ilə çıxış edib. İkinci liqada yarışan komandamız yüksək bal toplayaraq final mərhələsində III yeri qazanıb. Yarışmada 24 komanda iştirak edib və  3 komanda final mərhələsində yüksək nəticə göstərib.

Qeyd edək ki, ENACTUS (Entrepreneurial Action Us) beynəlxalq proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulub. ENACTUS - biznesin müsbət gücü ilə daha yaxşı və daha davamlı dünya yaratmaq üçün bu günün və sabahın liderlərini bir yerə toplayan beynəlxalq təşkilatdır. ENACTUS ümumdünya şəbəkəsi universitet tələbələri, akademik professionallar və biznes liderlərindən ibarətdir.

 

Xəbərlər

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb
14/10/2026

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub
14/10/2026

BDU-da “Məzunun izində” layihəsinin növbəti görüşü

BDU-da “Məzunun izində” layihəsinin növbəti görüşü
14/10/2026