BDU komandası Çində keçirilən "Belt and Road” Beynəlxalq universitetlərarası startap yarışmasının qalibidir

02/11/2024

26 oktyabr – 3 noyabr 2024-cü il tarixlərində Çin Xalq Respublikasının Xian şəhərində "Belt and Road” Beynəlxalq universitetlərarası startap yarışmasında Azərbaycanı təmsil edən yeganə komanda olan Bakı Dövlət Universitetinin (BDU) “DAIGNOSIS” komandası yarışın beş qalibindən biri olub.

Yarışma Çinin Xian Jiaotong Universiteti (XJTU) və İpək Yolu Universitet İttifaqı (University Alliance of the Silk Road - UASR) tərəfindən təşkil olunub. Tədbirdə Yaponiya, İngiltərə, Türkiyə, Rusiya, Yeni Zelandiya, Qazaxıstan, Özbəkistan və s. ölkələrdən 14 komanda və Çin Xalq Respublikasından 22 komanda “Yaşıl texnologiyalar”, “Elmi innovasiya”, “Rəqəmsal texnologiyalar” və “Səhiyyə texnologiyaları” kateqoriyaları üzrə yarışıb.

Tibbdə süni intellektin tətbiqinə dair layihə ilə çıxış edən BDU komandası həkim və xəstələri onlayn platformada bir araya gətirən mobil tətbiq təqdim edib. Mobil tətbiq daxilində ilkin simptomlara əsasən süni intellekt tərəfindən xəstələrə ilkin diaqnozun qoyulması, xəstəliyə ən uyğun həkimlərin seçilməsi, onlayn ilkin konsultasiyanın təşkili nəzərdə tutulub.

Xəbərlər

BDU-nun Tələbə Gənclər Təşkilatı “5 Days Urban Weeks” layihəsinə başlayıb

BDU-nun Tələbə Gənclər Təşkilatı “5 Days Urban Weeks” layihəsinə başlayıb
08/04/2026

BDU-nun dosentləri Özbəkistanda elmi ezamiyyətdə olublar

BDU-nun dosentləri Özbəkistanda elmi ezamiyyətdə olublar
08/04/2026

BDU tələbələri üçün  Bakı Zooloji Parkında innovativ dərslər təşkil olunub

BDU tələbələri üçün  Bakı Zooloji Parkında innovativ dərslər təşkil olunub
07/04/2026