BDU komandası Minskdə keçirilən beynəlxalq müsabiqədə III yerə layiq görülüb

05/12/2024

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin tələbələri 25-30 noyabr tarixlərində Belarus Respublikasının Minsk şəhərində "Nürnberq prosesi və müasir beynəlxalq hüquq" II Beynəlxalq müsabiqəsində iştirak ediblər. Müsabiqəyə 5 ölkədən 40-dan artıq komanda qatılıb.

Müsabiqədə Hüquq fakültəsini IV kurs tələbələri İsmət Bayramov, Zeynal Zeynallı və II kurs tələbəsi Ələm Nəbizadədən ibarət komanda təmsil edib.

BDU komandası müsabiqədə III yerə layiq görülüb və "Müdafiə tərəfinin hüquqi mövqeyinin ən yaxşı təqdimatına görə" nominasiyası ilə təltif olunub. Komanda iştirakçısı Zeynal Zeynallı isə "Ən yaxşı natiq" nominasiyasının qalibi olub.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
26/08/2026

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir
25/08/2026

BDU-ya qəbul olunanların nəzərinə!

BDU-ya qəbul olunanların nəzərinə!
25/08/2026