BDU komandası “Yaşıl Dünyanı Yarat! – 2” rəqəmsal həllər hakatonunun qalibidir

27/04/2026

Bakı Dövlət Universitetinin (BDU) komandası Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Yaşıl ASAN” ekoloji proqramı və Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq (IDEA) İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl Dünyanı Yarat! – 2” rəqəmsal həllər hakatonunda 16 ali təhsil müəssisəsinin komandası arasında birinci yerin sahibi olub.

BDU komandasının üzvləri – Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin III kurs tələbələri Tahir Əliyev və Cəmil Cəfərli, Kimya fakültəsinin II kurs tələbəsi Aytac Sadıqova, Ekologiya və torpaqşünaslıq fakültəsinin IV kurs tələbəsi Nicat Həsənov hakatonda “Grove” insanları gündəlik ekoloji davranışlara təşviq edən innovativ mobil platforma layihəsi ilə çıxış ediblər. BDU komandasının təqdim etdiyi tətbiq istifadəçilərə hər gün ekoloji tapşırıqlar təqdim edir, onların yerinə yetirilməsini foto ilə təsdiqləyir və istifadəçiləri xal, mükafat sistemi ilə motivasiya edir. “Grove” layihəsinin üstünlüyü sadəcə məlumatlandırma platforması olmasında deyil, insanları real ekoloji fəaliyyətə cəlb edən interaktiv ekosistem təqdim etməsindədir. İstifadəçilər tətbiq vasitəsilə çirkli əraziləri xəritədə bildirə, problemlərin həllinə qoşula, digər istifadəçilərlə əlaqə qura və liderlik cədvəlində yarışa bilirlər.

Tələbələrimizi təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

Xəbərlər

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar keçirilib
24/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən “Bir yay, min xatirə” Yay düşərgəsinin bağlanış mərasimi
24/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026