BDU komandası “Zəfər kuboku” intellektual yarışının qalibi olub

29/10/2024

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının üzvlərindən ibarət “CoupDeGrace” komandası Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Yasamal rayonu ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələri arasında 8 noyabr - Zəfər Gününə həsr olunan “Zəfər kuboku” adlı intellektual oyunun qalibi olub.

Azərbaycan Texniki Universitetində təşkil edilən və 12 komandanın iştirak etdiyi intellektual oyunun nəticələrinə əsasən, BDU komandası I, Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandası II, Azərbaycan Texniki Universitetinin komandası isə III yerə layiq görülüb.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026