BDU komandasının “SuperCapBack” layihəsi beynəlxalq müsabiqənin finalına vəsiqə qazanıb

12/11/2024

Bakı Dövlət Universitetinin (BDU) “BSU Creativity Workz” komandası 2024-cü il 13-15 noyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək “EV Charge Show" – Dünya Elektromobil Şarj Stansiyası İstehsalçılarının Qlobal Görüş Platforması çərçivəsində "E-mobillik innovasiya ve startap yarışması"nın finalına vəsiqə qazanıb.

Dünya üzrə elektromobil firmalarının və yeni nəsil şarj stansiyası istehsalçılarının iştirak etdiyi adıçəkilən konfrans 2022-ci ildən etibarən Türkiyədə keçirilir. Bu konfransın məqsədi elektromobillərdə istifadə olunan batareya və şarj texnologiyalarını inkişaf etdirmək, innovativ rəqəmsal həlləri və təmiz enerji istifadəsinə əsaslanan layihələri dəstəkləməkdir. 2024-cü ildə keçiriləcək növbəti konfransda 20 mindən çox ziyarətçinin, dünyanın 40-dan çox ölkəsindən 300-dən çox şirkətin iştirak edəcəyi gözlənilir.

Hər il konfrans çərçivəsində təşkil olunan "E-mobillik innovasiya ve startap yarışması"nda müxtəlif komandalar elektromobillərdə istifadə olunan batareya və şarj texnologiyaları ilə bağlı layihələrini təqdim edirlər. Bu il müsabiqəyə 220 komanda layihə təqdim edib, onlardan 8-i final mərhələsinə vəsiqə qazanıb. Finala vəsiqə qazanan layihələr arasında BDU-nun “BSU Creativity Workz” komandası özünün “SuperCapBack” layihəsi ilə yer alır.

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində hazırlanan layihə elektromobillərdə istifadə olunan ənənəvi Li-ion batareyalarını ikiqat təbəqəli EDLC supertutumlu + Li-ion hibrid birləşməsi ilə əvəz edərək, batareyaların effektivliyini artırmağı hədəfləyir. Belə ki, elektromobildəki regenerativ tormozlama sistemi hesabına yaranan dəyişən cərəyan və elektromobilin sürət götürməsi zamanı batareyadan ani alınan yüksək amperli sabit cərəyan səbəbindən ənənəvi Li-ion batareyalarının iş müddəti və effektivliyi azalır. “SuperCapBack” layihəsində elektromobildə yaranan bu zərərli cərəyanların təsirini minimallaşdırmaq məqsədilə cərəyanların giriş və çıxışlarına EDLC supertutumu, AC-DC çevirici və soyutma sistemi əlavə edilir. Bununla Li-ion batareyasının effektivliyi qorunur və iş müddəti artır.

 

Xəbərlər

BDU-da “Böyük türk şairi Nazim Hikmət və türk dünyası” kitabının təqdimatı keçirilib

BDU-da “Böyük türk şairi Nazim Hikmət və türk dünyası” kitabının təqdimatı keçirilib
10/12/2024

BDU-da keçirilən "Heydər Əliyev mühazirələri"nin növbəti qonağı Milli Məclisin üzvü Hikmət Babaoğlu olub

BDU-da keçirilən "Heydər Əliyev mühazirələri"nin növbəti qonağı Milli Məclisin üzvü Hikmət Babaoğlu olub
10/12/2024

BDU-da “Poeziyamızın parlaq simaları 100 yaşında” adlı kitab sərgisi

BDU-da “Poeziyamızın parlaq simaları 100 yaşında” adlı kitab sərgisi
10/12/2024