BDU Konfutsi İnstitutunun tələbəsi “Çin dili körpüsü" adlı yarışda III yeri tutub

10/12/2021

Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun tələbəsi Banu Səfərova xarici orta məktəb şagirdləri üçün Çin dili üzrə “Çin dili körpüsü” mövzusunda XIV beynəlxalq müsabiqədə üçüncü yeri tutub.

2021-ci ilin iyul ayında Banu Səfərova xarici orta məktəb şagirdləri üçün 14-cü “Çin dili körpüsü” adlı yarışın Azərbaycan bölməsinin finalında iştirak edərək birincilik qazanıb. Seçim turu Çinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə bu ölkənin Beynəlxalq Təhsil Fondu və Konfutsi İnstitutu tərəfindən təşkil edilib. Müsabiqəyə orta məktəblərin və gimnaziyaların şagirdləri, eləcə də BDU-nun nəzdində Konfutsi İnstitutundakı Çin dili kurslarının tələbələri qatılıblar.

14-cü “Çin dili körpüsü” adlı yarışın final mərhələsində B.Səfərova Çin dili yarışmasında iştirak edən azərbaycanlı iştirakçıların tarixində ən yüksək rekordu ilə ilk dəfə olaraq dünyanın ən yaxşı 30-luğuna daxil olub. Üçüncü yeri qazanan Banu bir semestrlik Çində təhsil almaq üçün Beynəlxalq Çin dili müəllimləri təqaüdü qazanıb.

16 yaşlı Banu Səfərova hazırda Bakıdakı 7 saylı orta məktəbin səkkizinci sinfində oxuyur. Uşaqlıqdan Çin dili və mədəniyyətinə böyük maraq göstərir.

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür
26/04/2026

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq

BDU-nun Astrofizika kafedrası: “Eta Aquarid” meteor yağışı müşahidə olunacaq
24/04/2026

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb

BDU-nun Filologiya fakültəsinin tələbələri üçün nitq təlimlərinə başlanılıb
24/04/2026