BDU Koreya ilə anlaşdı

01/10/2014

IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Koreya Hankuk Xarici Dillər Universitetinin Prezidenti Kim İn Chulun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Qonağa universitet haqqında məlumat verən rektor onun beynəlxalq əlaqələrindən, üzvü olduğu beynəlxalq təşkilatlardan danışıb. BDU ilə Koreya universitetləri arasında səmərəli əməkdaşlıqdan bəhs edən rektor Koreya Hankuk Xarici Dillər Universiteti ilə münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Kim İn Chulun da universitetlərarası əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. Daha sonra professor-müəllim, tələbə və tədqiqatçıların mübadiləsini, birgə seminar və konfransların keçirilməsini, birgə layihələr üzərində araşdırmalar aparılmasını nəzərdə tutan əməkdaşlıq müqaviləsi imzalanıb. Tərəflər müqavilənin işlək olacağına və universitetlərə fayda gətirəcəyinə əminliklərini ifadə ediblər.

Rektor Abel Məhərrəmov eyni zamanda Vyetnamın sabiq elm və texnologiya nazirinin müavini, BDU-nun məzunu Ngihem Vu Khai ilə görüşüb və əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Mətbuat və informasiya şöbəsi, 1 oktyabr 2014-cü il.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026