BDU Kosmos Hüququ üzrə Beynəlxalq İnstituta üzv seçilib

18/12/2019

Rusiya Federasiyasının Moskva şəhərində Kosmos Hüququ üzrə Beynəlxalq İnstitutunun (İnternational İnstitute of Space Law) 3-cü illik görüşü keçirilib. “Yarım əsr inkişafda: beynəlxalq kosmos hüququ və müasir çağırışlar” mövzusundə keçirilən tədbirdə İnstitutun prezidenti K.Şroql, Dayanıqlı kosmos fəaliyyəti üzrə BMT-nin işçi qrupunun üzvü P.Martines, Kosmosda tullantıların təmizlənməsi üzrə layihə mütəxəssisi Ç.Diki, Kyoln Universitetinin Hava, kosmos və kiber hüquq institutunun direktoru S.Xobe, Avstraliyanın Sidney Qərb Universitetinin kosmik ehtiytların istifadəsinin hüquqi tənzimlənməsi sahəsi üzrə mütəxəssisi S.Frilend, ABŞ-ın Nebraska-Linkoln Universitetinin nümayəndəsi F.Van der Dunk, RUDEN Universitetinin Beynəlxalq hüquq kafedrasının rəhbəri A.Abaşidze və  digər sahə mütəxəssisləri geniş məruzələrlə çıxış ediblər. Beynəlxalq kosmos hüququnun mövcud durumu və gələcək inkişafı ilə bağlı beynəlxalq hüquqi tənzimlənməsi problemləri üzrə ətraflı fikir mübadiləsi aparılıb.
Tədbirdə Bakı Dövlət UniveristetiKosmos Hüququ üzrə Beynəlxalq İnstituta İnstitusional üzvü seçilib və müvafiq sertifikat təqdim edilib. BDU-nun müəllimi, hüquq elmləri doktoru Turqay Hüseynov çıxış edərək ali təhsil müassisəsinin rəhbərliyinin müraciətini tədbir iştirakçılarının diqqətinə çatdırıb. 
BDU-nun kosmos hüququ üzrə bu möhtəbər qurumda üzv olaraq iştirak etməsi kosmik dövlətə çevrilən Azərbaycanda yüksək səviyyəli mütəxəssislərin hazırlanmasına zəmin yaratmaqla, bu sahədə qarşıya qoyulan nailiyyətlərin əldə olunmasına təkan verəcəkdir.

Xəbərlər

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb

BDU Özbəkistanın Ədliyyə Nazirliyi yanında Hüquqşünasların Yenidən Hazırlanması və İxtisasartırma İnstitutu ilə anlaşma memorandumu imzalayıb
24/09/2026

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026