BDU İLƏ ATATÜRK UNİVERSİTETİ ARASINDA ANLAŞMA MEMORANDUMU İMZALANDI

13/05/2009

Mayın 13-də Türkiyənin Atatürk Universitetinin rektoru, prof. Dr. Hikmət Koçakın rəhbərlik etdiyi 15 nəfərlik nümayəndə heyəti Bakı Dövlət Universitetində olmuşdur.
Səfərin əsas məqsədi BDU ilə Atatürk Universiteti arasında Anlaşma Memorandumunun imzalanması idi. Memorandum tərəflər arasında beynəlxalq əlaqələri inkişaf etdirmək məqsədilə elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlığı nəzərdə tutur:

  • Tədqiqatçı, aspirant və magistrlərin mübadiləsi,
  • Müəllimlərin ixtisaslarının artırılmasına qarşılıqlı yardım,
  • Qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi,
  • İkitərəfli birgə elmi simpozium, seminar və konfransların təşkili,
  • Qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakı.


Memorandumu BDU tərəfindən rektor, millət vəkili, akademik Abel Məhərrəmov, Atatürk Universiteti tərəfindən isə rektor, prof. Dr. Hikmət Koçak imzaladılar. Tədbiri açan rektor, akademik Abel Məhərrəmov Türkiyə ilə Azərbaycanın dost və qardaş ölkə olduğunu vurğulayaraq, Ümummilli liderimiz Heydər Əliyevin «Biz bir millət, iki dövlətik» ifadəsinin hər zaman bir gerçək olacağını bildirdi.

Çıxış edən Atatürk Universitetinin rektoru, prof. Dr. Hikmət Koçak, rəhbərlik etdiyi universitetin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün 1 noyabr 1937-ci ildə Türkiyə Böyük Millət Məclisindəki nitqində Şərqi Anadoluda bir universitetin qurulmasının lazım olduğunu ifadə edərək, bu yöndə işlərin başlanmasına təlimat verməsindən sonra - 1951-ci ildə Ərzurumda yaradıldığını qeyd etdi. Ərzurumun «Türkiyənin Qafqaza açılan qapısı» olduğunu söyləyən rektor Hikmet Koçak, Ulu öndər Atatürkün sözlərilə «Sizin sevinciniz bizim sevincimizdir, kədəriniz isə bizim kədərimizdir», - dedi.
Qeyd edək ki, Atatürk Universitetində 17 fakültə, 5 yüksək məktəb, 15 peşə məktəbi, 6 institut və 16 araşdırma mərkəzi var. Atatürk Universiteti 2007-2008-ci tədris ilində 42 minə yaxın tələbəyə təhsil vermişdir. Universitetdə 1800 professor-müəllim heyəti fəaliyyət göstərir.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026