BDU İLƏ XARKOV MİLLİ UNİVERSİTETİ ARASINDA MEMORANDUM İMZALANIB

29/06/2011

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov V.N.Karazin adına Xarkov Milli Universitetinin (Ukrayna) birinci prorektoru, professor Vladimir Aleksandrovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Universitet haqqında qonaqlara ətraflı məlumat verən rektor Abel Məhərrəmov əsasən onun beynəlxalq əlaqələrindən danışıb. İkitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə nümayəndə heyətinin rəhbəri Xarkovda Azərbaycan Mərkəzinin yaradılması fikrini açıqlayıb. Görüşün nəticəsi oraq Bakı Dövlət Universiteti ilə Xarkov Milli Universiteti arasında anlaşma memorandumu imzalanıb. Memorandum qarşılıqlı mühazirələrin oxunması, elmin aktual problemləri üzrə qarşılıqlı maraq doğuran sahələrdə birgə elmi tədqiqatların aparılması, pedaqogika, tədris metodikası, ali təhsilin strukturu məsələlərində təcrübə və informasiya mübadiləsini nəzərdə tutur. Bundan başqa, tərəflər staj keçmə və ixtisasın artırılması məqsədi ilə müəllim, aspirant və tələbə mübadiləsi, elmi məqalələrin, tədris vəsaitlərinin, tədris planlarının və proqramlarının, ədəbiyyatın mübadiləsi və hər iki tərəfin nailiyyətlərini əks etdirən sərgilərin təşkilində və digər məsələlərdə əməkdaşlıq edəcəklər. Ukraynalı qonaqlar BDU-nun laboratoriyaları ilə tanış olub, Azərbaycan təhsilinin və elmin flaqmanından xoş təəssüratlarla ayrılıblar.

Mətbuat və İnformasiya şöbəsi, 29 iyun 2011-ci il.

Xəbərlər

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026