BDU Latviya Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

04/10/2011

Bu gün Bakı Dövlət Universitetində “Azərbaycan-Latviya: mədəni-tarixi dialoq” sərgisi açılıb. Sərgidə Latviyanın ictimai-siyasi, mədəni həyatini, eyni zamanda Azərbaycan-Latviya mədəni, siyasi, ədəbi əlaqələrini əks etdirən kitab, dərgi, buklet və foto şəkillər nümayiş etdirilib. Tədbir çərçivəsində Latviyanın Azərbaycandakı səfiri Hardis Baumanisi və Latviya Universitetinin rektoru professor, doktor Marsis Auzinsin başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetini ziyarət edərək rektor, akademik Abel Məhərrəmovla görüş keçiriblər. Görüşdə universitetlərarası qarşılıqlı maraq doğruna məsələlər müzakirə edilib. Nəticədə Bakı Dövlət və Latviya Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Memorandum tələbə-müəllim mübadiləsi, birgə elmi simpozium, seminar və konfransların təşkili, layihə və proqramlarda iştirak və s. digər məsələləri nəzərdə tutur. İmzalanma mərasimindən sonra çıxış edən rektorlar bu sənədin gələcəkdə təhsil və elmin, iki xalq arasındakı münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətli olacağını qeyd ediblər.

Mətbuat və informasiya şöbəsi, 04 oktyabr 2011-ci il.


Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026