BDU Əl-Fərabi adına Qazax Milli Universitetinə kitablar hədiyyə edib

09/04/2026

Bakı Dövlət Universiteti (BDU) tərəfindən Əl-Fərabi adına Qazax Milli Universitetinə elmi və mədəni əməkdaşlığın inkişafına töhfə məqsədilə kitablar hədiyyə olunub.

Hədiyyələr sırasında BDU-nun Mədəni irsi araşdırma Mərkəzinin direktoru Musa İsmayılov (Mərcanlı) tərəfindən hazırlanmış “İRS” jurnalının Qazax dilində nəşrləri, eləcə də “İRS” seriyası çərçivəsində işıq üzü görmüş bir sıra kitablar yer alıb. “İRS” seriyasına daxil olan nəşrlər Azərbaycanın tarixi, mədəni irsi və müasir inkişaf mərhələlərini əhatə edən mühüm mövzulara həsr olunub. Seriyanın kitabları arasında “Azərbaycan: yeni era”, “Tükənməz xəzinə”, “Sirlər xəzinəsi”, “Bakı simfoniyası”, “Daş keşikçiləri” və “Daşları toplamaq zamanıdır” kimi nəşrlər ölkənin müstəqillikdən sonrakı inkişaf yolu, milli irs və mədəni dəyərlərin beynəlxalq səviyyədə tanıdılmasını əks etdirir.

Bu aksiya mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə, Azərbaycanın zəngin tarixi və mədəni irsinin beynəlxalq elmi ictimaiyyətə təqdim olunmasına töhfə verir.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026