BDU Macarıstan universitetləri ilə əlaqələri genişləndirir

29/04/2019

Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi Bakı Dövlət Universitetində olub.

BDU-nun rektoru Elçin Babayev universitetin yeni hədəflərindən danışıb, Macarıstan ali təhsil ocaqları ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib.  Tələbə-müəllim mübadiləsinin vacibliyini qeyd edən rektor elm-təhsil əlaqələrinin intensivləşməsinə ehtiyac olduğunu da vurğulayıb. Eyni zamanda Bakı Dövlət Universitetinin 100 illik yubileyi haqqında məlumat verib, yubiley tədbirlərinin YUNESKO və bir sıra beynəlxalq universitetlər assosiasiyaları tərəfindən qeyd ediləcəyi barədə qərarların qəbul olunduğunu diqqətə çatdırıb.

Səfir Viktor Sederkenyi universitetlərarası əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edərək səfirliyin bütün bu məsələlərə dəstək olacağını vurğulayıb.

Görüşdə “ikili diplom”, müxtəlif ixtisaslar üzrə kadr hazırlığı məsələsi, tələbələrin Macarıstanın təqaüd proqramı ilə təminatı, tarix, arxeologiya və etnoqrafiya sahəsində birgə tədqiqatların aparılması, konfrans və seminarların təşkili, BDU-da Macar gününün keçirilməsi və səfir Viktor Sederkenyinin Azərbaycan-Macarıstan, Macarıstan-NATO əməkdaşlığı haqqında mühazirə oxuması da kimi məsələlər də müzakirə edilib.

 

Mətbuat və informasya şöbəsi, 29 aprel 2019-cu il.

KİV-də yayımlananlar

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026