BDU Macarıstanın Eötvös Loránd Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

25/02/2022

Bakı Dövlət Universiteti (BDU) ilə Macarıstanın Eötvös Loránd Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Eötvös Loránd Universitetinin  rektoru László Borhy imzalayıb.

Əməkdaşlıq müqaviləsində birgə elmi tədqiqat, konfrans, təhsil proqramları, təlimlərin təşkili, tədqiqatçı, tələbə və müəllim heyətinin mübadiləsi nəzərdə tutulur.

Əsası 1635-ci ildə qoyulmuş Eötvös Loránd Universiteti Macarıstanın ən qədim universitetidir. Hazırda Eötvös Loránd Universitetində 24600-dən çox  tələbə təhsil alır. Eötvös Loránd Universiteti nüfuzlu “Times Higher Education” 2022-ci il beynəlxalq reytinq cədvəlində 601-ci sırada yer alır. Sözügedən universitetdə  38 bakalavriat, 96 magistr və 118 doktorant proqramı üzrə kadr hazırlığı həyata keçirilir.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026