BDU MDB-nin Nanotexnologiya Mərkəzi ilə əməkdaşlıq edəcək

05/07/2010

BDU-nun rektoru, akademik Abel Məhərrəmov MDB-nin Nanotexnologiya üzrə Beynəlxalq İnnovasiya Mərkəzinin direktoru, Nüvə Tədqiqatları Birləşmiş İnstitutunun direktor müavini Aleksandr Ruzayevi qəbul edib.

Tədbiri açan akademik Abel Məhərrəmov nanotexnologiya istiqamətində ilk rəsmi dövlət proqramının ABŞ-da qəbul olunduğunu və 2001-2004-cü illər üçün həmin sahənin inkişafına 3,5 milyard dollar vəsait ayrıldığını diqqətə çatdırıb. Qeyd edib ki, nanotexnologiyanın sənayedə tətbiqi üçün 2015-ci ildə vəsaitin həcmi trilyon dollarlarla ölçüləcəkdir. Hazırda nanotexnologiyanın inkişafı üzrə Milli Proqramın dünyanın 62 ölkəsində qəbul edildiyini bildirən rektor, eyni zamanda, nanotexnologiyaların innovasiya imkanlarından bəhs edib, universitetdə yaradılmış Nanotexnologiya Mərkəzinin fəaliyyətindən danışıb. Aleksandr Ruzayev və BDU-nun kafedra müdiri Məmmədəli Ramazanov da nanotexnologiya ilə bağlı maraqlı fikirlər səsləndiriblər.

Sonda BDU ilə MDB-nin Nanotexnologiya üzrə Beynəlxalq İnnovasiya Mərkəzi arasında ikitərəfli elmi simpoziumlar, seminarlar və konfranslar təşkil etmək, nanotexnologiya sahəsində birgə beynəlxalq proqramlarda və layihələrdə iştirak etmək, birgə təhsil proqramlarını həyata keçirmək, bu sahədə innovasiya və elm investisiyalarının inkişafı üçün şərait yaratmağı nəzərdə tutan memorandum imzalanıb. Memorandumda həmçinin Azərbaycanda innovasiya layihələrinin formalaşmasında informasiya bazalarının yaradılması, onlara maliyyə mənbələri tapmaq üçün vəsait cəlb etmək, elmi-tədqiqat işlərinin, innovasiyanın və təhsilin səviyyəsini artırmaq, tədqiqatçıların BDU-nun maddi-texniki bazasından və Mərkəzin kollektiv istifadə mərkəzlərində sərbəst işləmək imkanının yaradılması nəzərdə tutulub.

 

Mətbuat və informasiya şöbəsi

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024