BDU media aktivliyinə görə liderdir

11/04/2019

“Media Consulting and Services” media monitorinq qrupu 01-31 mart 2019-cu il dövrü üzrə məlumatların hesabatına yekun vurub. Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb. Monitorinq aparıcı ali məktəblər, mobil rabitə, bank, sığorta və hotel sektoru üzrə adı mediada ən çox hallanan qurumlar arasında müəyyən edilib. Bakı Dövlət Universiteti ən yüksək göstərici ilə digər bütün qurumları qabaqlayaraq 2111 məlumatla birinci olub. Sonrakı pillələrdə 1728  məlumatla Azercell, 1217 məlumatla isə Bakcell yer alıb. Ali məktəblərin media reytinq sıralanmasında isə Bakı Dövlət Universitetindən sonrakı yerləri ADU (1069), Bakı Ali Neft Məktəbi (958), UNEC (902),  ADA (798)  bölüşüb. Media monitorinq qrupu 12 televiziya, 13 radio dalğası, 55 çap və 600 on-line media daxil olmaqla, 680-dən çox mənbəni, eyni zamanda, sosial şəbəkələri izləməklə bu nəticəyə gəlib.

 

Mətbuat və informasiya şöbəsi, 11 aprel 2019-cu il.

KİV-də yayımlananlar


Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək
08/10/2026