BDU əməkdaşı Gürcüstanda Beynəlxalq konfrasda iştirak edib

02/10/2018

Bakı Dövlət Universiteti Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin mühəndis-proqramçısı Sevinc Vəliyeva Tbilisi Dövlət Universitetinin “Yay məktəbi” proqramında və orada keçirilən “Tətbiqi riyaziyyatın müasir problemləri” adlı III Beynəlxalq konfrasda iştirak edib. “Yay məktəbi” proqramı çərçivəsində mühazirələr oxunub, bu sahədə olan yeniliklər müzakirə edilib.

Tbilisi Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İ.Vekua adına Tətbiqi Riyaziyyat İnstitutunun 50 illiyinə həsr olmuş “Tətbiqi riyaziyyatın müasir problemləri” adlı III Beynəlxalq Konfransda “Continua mexanikasının riyazi problemləri və analoji problemlər”, “Riyazi modelləşdirmə və ədədi üsulları”,“Diskret riyaziyyat və alqoritmlərin nəzəriyyəsi”, “Ehtimal nəzəriyyəsi və riyazi statistika” sahələri müzakirə olunub. Konfransda Sevinc Vəliyeva öz elmi işinin nəticələri barədə qısa məlumat verib, “Dördüncü dərəcəli qismən diferensial tənliyinin sərhəd problemi üçün zəruri şərtlərin birinci qrupu” mövzusunda müzakirələr aparıb və nəticələri baradə danışıb.

Qeyd edək ki, Sevinc Vəliyevanın Gürcüstana ezamiyyəti Bakı Dövlət Universiteti ilə Gürcüstanın Tbilisi Dövlət Universiteti arasında imzalanan tələbə-müəllim mübadiləsi layihəsi çərçivəsində baş tutub.

Mətbuat və informasiya şöbəsi, 02 oktyabr 2018-ci il.

Xəbərlər

BDU-da tələbələrin “Gələcəyin alimləri” adlı XI Respublika elmi konfransı

BDU-da tələbələrin “Gələcəyin alimləri” adlı XI Respublika elmi konfransı
27/04/2026

BDU-da Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası yaradılır

BDU-da Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası yaradılır
27/04/2026

BDU-nun həmtəşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 103 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktiki konfransı keçirilib

BDU-nun həmtəşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 103 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktiki konfransı keçirilib
27/04/2026