BDU əməkdaşı Portuqaliyanın Lissabon Universitetində xərçəng əleyhinə tədqiqatlar aparacaq

09/07/2024

Bakı Dövlət Universitetinin (BDU) Sənaye kimyası elmi-tədqiqat laboratoriyasının müdiri, ICESCO-nun Biotibbi materiallar  kafedrasının müəllimi Ələkbər Hüseynzadə 15 sentyabr- 15 oktyabr tarixlərində Portuqaliyanın Lissabon Universitetində tədqiqatlar aparacaq.

O, Lissabon Universitetinin professoru Armando J.L.Pombeiro, eləcə də hazırda həmin universitetdə uzunmüddətli ezamiyyədə olan BDU əməkdaşları Kamran Mahmudov və Ataş Qurbanovla dihidropirimidinlərin sintezi və tədqiqi üzrə birgə tədqiqatlar aparmaq üçün dəvət olunub.

Məlumdur ki, bioloji aktiv birləşmələrin nümayəndələri olan dihidropirimidinlər xərçəng, vərəm, göbələk əleyhinə, antibakterial, antiviral, ağrıkəsici, proliferativ, kalsium və kalium kanal blokatorları və s. kimi təsirlərə malikdir.  Tədqiqatın ilk mərhələlərində aktivlik göstərən maddə sonradan müxtəlif amillərə görə dərmana çevrilmək şansını itirə bilər. Dihidropirimidinlərin əsasında monastrol, enastrol, fluorastrol, mon-97 (xərçəng əleyhinə fəaliyyət), batzelladin A və B (anti-HİV aktivliyi) kimi müxtəlif dərmanlar artıq sintez edilib və tibbdə geniş istifadə olunur. Qeyd olunan birləşmələrin sintezi mikrodalğalı reaktorda aparılacaq.

Tədqiqatın növbəti mərhələsində sintez olunan birləşmələrin xərçəng əleyhinə aktivliyi Türkiyənin Sivas Cümhuriyyət Universitetində yoxlanılacaq.

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026