BDU əməkdaşı XXII Beynəlxalq türk dünyası sosial elmlər konfransında məruzə edib

04/11/2024

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru Qalib Qafarlı XXII Beynəlxalq türk dünyası sosial elmlər konfransında iştirak edib.

Konfransa Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Beynəlxalq Final Universiteti ev sahibliyi edib. Konfransın açılışında ŞKTC-nin Prezidenti Ersin Tatar, universitet rektorları və türk dünyasının müxtəlif ölkələrindən olan tanınmış alimlər iştirak edib.

BDU əməkdaşı konfransda “İqtisadiyyatın rəqabət qabiliyyətlilik göstəricilərinə təsir edən amillər” adlı məruzə ilə çıxış edib. Məruzədə iqtisadiyyatın effektivliyini artırmaq və beynəlxalq rəqabətdə güclənmək üçün nəzərə alınması vacib olan faktorlardan bəhs edilib. Alim çıxışında ölkələrin rəqabətdə üstünlük qazanması üçün innovasiya, infrastrukturun təkmilləşdirilməsi, insan kapitalının inkişafı və strateji idarəetmə kimi amillərin roluna xüsusi diqqət yetirib. Çıxışının sonunda belə beynəlxalq tədbirlərin türk dünyası ölkələri arasında elmi inteqrasiyanı gücləndirdiyini, bilik və təcrübə mübadiləsinə şərait yaratdığını vurğulayıb.

Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Məruzəçi ona ünvanlanan sualları cavablandırıb. Daha sonra tədqiqatçıya konfransda iştirak və çıxışla əlaqəli beynəlxalq sertifikat təqdim olunub.

Xəbərlər

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev
28/09/2026

Qürur və ehtiram günü

Qürur və ehtiram günü
27/09/2026

BDU kollektivi Zəfər parkını ziyarət edib

BDU kollektivi Zəfər parkını ziyarət edib
27/09/2026